Şamaxıda rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. Şamaxı Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, iyunun 16-da Muğanlı kənd sakini, 74 yaşlı Mustafayev Şahmurad Abdul oğlunun itkin düşməsi barədə müraciət daxil olub.
Ailə üzvləri bildiriblər ki, Ş.Mustafayev həmin gün evdən çıxıb və naməlum istiqamətə hərəkət edib. İyunun 29-da isə Ş.Mustafayevin meyiti kənd yaxınlığındakı Söyüdlü adlanan taxıl sahəsində aşkarlanıb və dərhal da polisə xəbər verilib.
Hazırda 74 yaşlı kişinin ölüm səbəbi araşdırılır.
Araşdırmalar davam etdirilir.