Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “İsuzu” markalı avtobus idarəetməni itirərək yol kənarındakı dəmir profillərə çırpılıb. Nəticədə deformasiyaya uğramış avtobusun sürücü 1983-cü il təvəllüdlü Kərimov Haqverdi Muxtar oğlu hadisə yerindəcə keçinib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə H. Kərimovun cəsədini avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Oxşar yazılar

Külək dam örtüyünü avtomobillərin üzərinə belə aşırdı-FOTO
3 avqust 2025 , 16:16
İstirahət zonalarında oğurluğa görə saxlanılanlar var
3 avqust 2025 , 15:44
Sumqayıtda çoxmərtəbəli binada yanğın- Xəsarət alan var-VİDEO
3 avqust 2025 , 15:21
Şəmkirdə 52 yaşlı qadını ilan sancdı
3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16