Bakıda iki qız itkin düşüb
24 iyun 2013 12:49 (UTC +04:00)

Bakıda iki qız itkin düşüb

0

Bakıda yeniyetmə qız itkin düşüb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 7-ci qəsəbə küçəsi, ev 8A-da yaşayan 1998-ci il təvəllüdlü Abdullayeva Aytən Qasım qızı iyunun 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Oxşar hadisə paytaxtın Yasamal rayonunda da baş verib. 2-ci Alatava sakini, 1987-ci il təvəllüdlü Kazımlı Dilarə Vidadi qızı iyunun 20-də evdən çıxıb və geri qayıtmayıb.

 

Hər iki şəxsin xarakterik əlamətləri polis tərəfindən qeyd edilib. Onların tapılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1584

Oxşar yazılar