Bu gün Sabunçu rayonunda baş vermiş təyyarə qəzası nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı kiçik tutumlu təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yaralıların kimliyi və hansı xəstəxanada olduqları hələlik açıqlanmayıb.
*****
12:26
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş təyyarə qəzası ilə bağlı bəzi məqamlar dəqiqləşib.Lent.az-ın əldə etdiyi məlumata görə, "Kukuruznik" adı ilə tanınan iki nəfərlik kiçik həcmli təyyarə Zabrat aeroportuna məxsus olub. Təyyarə elə aeroport yaxınlığında, Maştağa Olimpiya Kompleksinin arxasındakı qamışlıq əraziyə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə şahidləri Lent.az-a bildirib ki, əraziyə cəlb edilmiş texnikanın köməyi ilə təyyarə qamışlıqdan çıxarılıb və aeroporta aparılıb.
*****
12:20
Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb. Sabunçu rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.
Qəza nəticəsində xəsarət alan olmayıb.