Bakıda dəhşətli qəzaya düşən keçmiş deputat: <span style="color:red;">"Sürətlə gəlirdi"
17 dekabr 2014 16:04 (UTC +04:00)

Bakıda dəhşətli qəzaya düşən keçmiş deputat: "Sürətlə gəlirdi"

0

Bu gün Bakının Səbail rayonu ərazisində - "Azadlıq" meydanında ağır yol qəzasına düşən keçmiş deputat Əliməmməd Nuriyev artıq evə buraxılıb. Lent.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri deyib ki, həkimlər ona 1 həftə ərzində istirahət etməyi məsləhət görüblər: "Həkimlər yoxladılar, tomoqrafiya olundum, ciddi bir şey çıxmadı. Amma başağrılarım var. Gərək 1 həftə istirahət edim".

 

Ə.Nuriyev qəza anını xatırlaya bilmədiyini əlavə edib və bildirib ki, onun idarə etdiyi maşını vuran digər avtomobil sürətlə hərəkət edirmiş: "Onu xtırlayıram ki, mənim idarə etdiyim maşını arxadan yan tərəfdən vurdular. Həmin maşın sürətlə hərəkət edirdi. Sonrasını isə xatırlaya bilmirəm".

 

 

 

*****

 

14:34

 

Bu dəqiqələrdə Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili Əliməmməd Nuriyev ağır xəsarət alıb. Lent.az-ın azpolitika.info-ya istinadən məlumatına görə, “BMW” ilə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubishi Pajero”nun toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı çevrilmiş avtomobildən çıxarıblar.

Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar