
Final oyunu günü bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sakinlərə müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, ölkəmiz son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nətijəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib.
"Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcək".
Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur.
Oxşar yazılar

Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43
Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20
Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı
1 avqust 2025 , 19:59
Balakəndə evin həyətindən meyit tapıldı
1 avqust 2025 , 19:33
Ermənistan hərbçilərinin hücumları nəticəsində evləri dağılanlar məhkəmədə ifadə verdilər
1 avqust 2025 , 19:32
Bakıda "Jiquli"ni yandıranlar saxlanıldı -VİDEO
1 avqust 2025 , 18:35