Bu gün Lənkəran Şəhər məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov barəsində açılmış cinayət işinin hazırlıq iclası keçiriləcək.
Lent. az-ın məlumatına görə, məhkəmə saat 15:30-da olacaq.
Xatırladaq ki, Yadigar Sadıqov iyunun 27-də həbs edilib. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay, sentyabrın 22-də daha bir ay uzadılıb.