İŞİD-in tərkibində döyüşmüş şəxs Zaqatalada tutuldu
22 oktyabr 2015 13:02 (UTC +04:00)

İŞİD-in tərkibində döyüşmüş şəxs Zaqatalada tutuldu

Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu I Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb.

                                   

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B. Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.

Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar