Bakıda 20 yaşlı qız kişinin boğazını kəsib öldürdü - <span style="color:red;">YENİLƏNİB
13 oktyabr 2015 11:29 (UTC +04:00)

Bakıda 20 yaşlı qız kişinin boğazını kəsib öldürdü - YENİLƏNİB

Bakıda gənc qızın bıçaqladığı şəxsin həyatını xilas etmək mümkün olmayıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. Anar Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

 

 

 

****

12 oktyabr 11:09

 

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini 1995-ci il təvəllüdlü Səringül Ramazanova tutulub.

 

S.Ramazanova oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331

Oxşar yazılar