Şəki sakini ağacdan yıxılıb öldü
19 sentyabr 2013 09:55 (UTC +04:00)

Şəki sakini ağacdan yıxılıb öldü

0

Şəki rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.


 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Cunut kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Şakir Əlibala oğlu yaşadığı evin həyətyanı sahəsində qoz çırpmaq üçün ağaca çıxıb.

Ehtiyatsız hərəkət nəticəsində ağacdan yıxılan Ş. Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb, o, xəstəxanada ölüb.

Mərhumun ailəli və 3 uşaq atası olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1621

Oxşar yazılar