İki yaşlı uşaq hovuzda boğulub
19 iyun 2013 02:08 (UTC +04:00)

İki yaşlı uşaq hovuzda boğulub

0
 Ucarda bədbəxt hadisə nəticəsində iki yaşlı uşaq ölüb.

APA-nın xəbərinə görə, hadisə iyunun 18-də gün axşam saat 20:00 radələrində rayonun Qazyan kəndində baş verib. Belə ki, babasının himayəsində qalan 2011-ci il təvəllüdlü Hüseynli Rəcəb Xəyal oğlu su hovuzuna düşərək boğulub.

 

O, yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına aparılarkən, yolda dünyasını dəyişib.

 

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1014

Oxşar yazılar