Xırdalanda qapısı açıq  qalan maşın qarət olundu
11 may 2026 15:19 (UTC +04:00)

Xırdalanda qapısı açıq qalan maşın qarət olundu

0

Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib. 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar