Yevlaxdakı yanğında şəhid anası  həlak olub - YENİLƏNİB
05 dekabr 2025 11:40 (UTC +04:00)

Yevlaxdakı yanğında şəhid anası həlak olub - YENİLƏNİB

0

Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi 15/20 ünvanında yerləşən mənzilin bir hissəsi yanıb. Yanğın nəticəsində mənzil sahibi ölüb.

Onun qızı 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və oğlu 1967-ci il təvəllüdlü Kamran Mehdiyev xəsarət allblar.

Yanğın zamanı ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır./APA

***

saat 11:00

Yevlaxda yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.

Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar