Zaqatalada iki mərtəbəli evdə yanğın olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Axaxdərə kəndində qeydə alınıb.
Kənd sakininə məxsus, ümumi sahəsi 200 kv/m olan iki mərtəbəli fərdi yaşayış evində baş verən yanğın Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti tərəfindən söndürülüb.
Yanğın baş verən evdə yaşayış yox imiş. Xəsarət alan yoxdur.