Əgər övladınız məktəbdən kədərli, yorğun və bir qədər məyus halda qayıdırsa və “Gün necə keçdi?” sualına “Mənə bunun nə mənası var?” deyə cavab verirsə buna ciddi diqqət yetirməyin vaxtıdır.
Lent.az uşaqların bu düşüncəsi ilə bağlı maraqlı faktları təqdim edir:
Müasir məktəbdə təhsil çox zaman elə qurulur ki, biliklər sinfin içində “bağlı” qalır və real həyata keçmir. Məktəblərin əksəriyyəti biliklərin transferinə yəni öyrənilən məlumatların yeni şəraitdə tətbiq edilməsinə lazımi qədər diqqət ayırmır. Uşaqlar formulları, tarixləri, qaydaları əzbərləyirlər, amma bunların real həyatda nəyə lazım olduğunu anlamırlar.
Riyaziyyat bəli, onlar tənlikləri rahatlıqla həll edirlər, amma avtokreditin sərfəli olub-olmadığını necə hesablamağı bilmirlər.
Tarix dərslərdə hadisələri öyrənirlər, amma bunun bu gün hansı qərarların qəbulunda kömək etdiyini görmürlər. Yəni, bilik öz-özlüyündə praktik bacarığa “çevrilmir”. Buna görə də uşaqlar çox vaxt məyusluq yaşayırlar: bilik var, amma məna yoxdur.
Məktəbi darıxdırıcı edən nədir?
Bir çox müəllim ən yaxşı niyyətlə elə metodlardan istifadə edir ki, bunlar motivasiya vermək əvəzinə uşaqları dərsdən uzaqlaşdırır:
Qorxu üzərindən elm: “İqlim dəyişməsini anlamasanız, planet məhv olacaq".
Təzyiq üzərindən riyaziyyat: “Tənliyi həll etməsən, nə mühəndis, nə də həkim ola biləcəksən".
Dəhşət üzərindən tarix: “Köləliyi öyrən, yoxsa keçmişin səhvlərini təkrarlayacaqsan.”
Utanc üzərindən ədəbiyyat: “Gatsbini analiz edə bilməsən, mədəniyyətsiz sayılacaqsan".
Bu cür yanaşmalar uşağın beynində “özünü qoruma rejimi”ni işə salır və öyrənmə istəyi bloklanır. Uşaq “bağlanma” rejiminə keçir və məlumatı qəbul etməyi dayandırır.
Təhsili maraqlı etmək üçün nə etmək olar?
Motivasiyanı qorxu ilə yox, fayda ilə yaratmaq mümkündür. Məsələn:
Elm imkanlar haqqında:
“İqlim bilikləri şüurlu seçim etməyə, yaşıl iqtisadiyyatda karyera qurmağa kömək edir".
Riyaziyyat gündəlik praktikada:
“Tənliklər hər şeyi hesablamağa kömək edir idman statistikası da, kredit faizi də".
Tarix dəyişiklik aləti kimi:
“Sosial hərəkatları öyrənmək dünyanı necə dəyişmək mümkün olduğunu göstərir".
Ədəbiyyat həyat güzgüsü kimi:
“Personajları analiz edərkən insan psixologiyasını daha yaxşı anlayırıq, münasibətləri inkişaf etdiririk və öz hekayəmizi danışmağı öyrənirik".
Valideynlər nə edə bilər?
Uşağınızın həvəslə oxumasını istəyirsinizsə:1. Znanin həyatla əlaqəsini göstərin.
İzahat verin ki, biliklər gündəlik həyatda necə işə yarayır:
statistika idmanda,
psixologiya münasibətlərdə,
tarix ictimai fəallıqda istifadə olunur.
2. Pop-mədəniyyətdən istifadə edin
Filmlər, sosial şəbəkələr, məşhurlar ədəbiyyat, psixologiya və ya riyaziyyat dərsləri üçün əla nümunədir.
3. Özünü dərk etməni təşviq edin
Uşaqların öyrəndikləri biliklər fonunda öz davranışlarını, hisslərini və vərdişlərini analiz etməsinə kömək edin.
4. Sehrli sualı verin
“Bunu məktəbdən kənarda necə istifadə edə bilərsən?"
Bu, bilik transferini yəni nəzəriyyənin real həyatda tətbiqini gücləndirir.
Uşağın yaşadığı məyusluq onun problemi deyil, sistemin nəticəsidir. Çünki məktəbdə bilik çox zaman birbaşa praktik qiymət daşımır. Təhsili sadəcə “əyləncəli” etməklə problemi həll etmək olmaz. Biliklər faydalı olduqda, məktəb dəyərli təcrübə məkanına çevrilir darıxdırıcı öhdəliyə yox.