Niyə qışda pomidor almamalısınız?
01 dekabr 2025 19:20 (UTC +04:00)

Niyə qışda pomidor almamalısınız?

0

Bu qış istehlakçılara təzə pomidor, həmçinin bir sıra başqa tərəvəz və giləmeyvələrdən uzaq durmaq tövsiyə olunur. Səbəb onlarda soyuq mövsümdə karbonların  çox olmasıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, karbon emissiyaları üzrə ekspert Mayk Berners-Li qış aylarında bəzi məhsulların alınmasının niyə ekoloji baxımdan zərərli olduğunu izah edib.

Niyə qışda pomidor almaq düzgün deyil?

Mütəxəssis bildirir ki, Avropanın əksər ölkələrində qış aylarında pomidor, salat, qulançar və çiyələk açıq sahədə yetişdirilmir. Bu məhsullar adətən daha isti ölkələrdən təyyarə ilə gətirilir.

Təyyarə daşımaları ən çox karbon emissiyası yaradan nəqliyyat növlərindən biridir: böyük miqdarda yanacaq sərf olunur və atmosferə CO₂ atılır. Məhz buna görə belə məhsulların karbon dəyəri çox yüksək olur.

Hansı məhsulları almaq daha təhlükəsizdir?

Uzun müddət saxlanıla bilən meyvələr, alma, banan, portağal və digər sitruslar,  əsasən dəniz yolu ilə daşınır. Gəmilər böyük həcmdə yük daşıdığı üçün yanacaq sərfiyyatı xeyli aşağı olur və bu, onların iqlimə təsirini minimuma endirir.

Mütəxəssis tövsiyə edir: “Mövsümi məhsullar seçin, istixana və aviaşıllaşdırılmış məhsullardan uzaq durun. Mövsümi və yerli məhsullar ən yaxşı seçimdir. Dəniz yolu ilə gətirilənlər də qəbulediləndir”.

Məhsul mövsümdə deyilsə…

Berners-Li-nin sözlərinə görə, sadə qayda belədir: məhsul mövsüm xaricidirsə və tez xarab olur, deməli onu ya yüksək enerji tələb edən istixanada yetişdiriblər, ya da təyyarə ilə gətiriblər.

Hansı məhsullar problem yaratmır?

Banan, sitrus meyvələri və uzunömürlü tropik məhsullar gəmilərlə daşındığı üçün onları qışda almaq təhlükəsiz və ekoloji cəhətdən daha uyğundur.

Təsiri nə qədər böyükdür?

Mütəxəssis qeyd edir ki, bu qaydalara əməl etmək insanın qida ilə bağlı CO₂ emissiyasını təxminən 10 faiz azaltmağa kömək edə bilər. Bu da iqlim dəyişiklikləri ilə mübarizədə nəzərəçarpacaq töhfə sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar