Zərdabda QANLI OLAY:  dəhrəni belinə sancdı
28 avqust 2025 09:23 (UTC +04:00)

Zərdabda QANLI OLAY: dəhrəni belinə sancdı

Zərdabda qohumlar arasında mübahisə qanla bitib.

Lent.az xəbər verir ki, hadisə avqustun 27-də Zərdab rayonu, Qoşaoba kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Abbas Namiq oğlu qohumu Rəşidli Hikmər İlqar oğlu ilə mübahisə edən 1989-cu il təvəllüdlü Talıblı Məhəmməd Zakir oğlunu bel nahiyəsindən ot biçmək üçün istifadə edilən dəhrə aləti ilə bir dəfə vurmaqla ona xəsarət yetirib.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupu tərəfindən aradırma aparılır və Abbas Abbasov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar