Zibil qutusunda yeni doğulmuş körpə  meyiti tapıldı
10 iyul 2025 13:49 (UTC +04:00)

Zibil qutusunda yeni doğulmuş körpə meyiti tapıldı

Rusiyanın Rostov vilayətində zibil qutusunda yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, meyit Rostov-na-Donuda Platon Klyatı küçəsində zibil konteynerində aşkarlanıb. Araşdırma zamanı uşağın anasının şəxsiyyəti müəyyən edilib; onun 28 yaşlı Rostov sakini olduğu üzə çıxıb.

Region İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, hadisə əsasında müstəntiqlər Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (Qətl) ilə cinayət işi açıblar və cinayətin bütün halları aydınlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar