Atası Messinin “Barselona”ya  qayıtmaq istəyindən   DANIŞDI
05 iyun 2023 16:53 (UTC +04:00)

Atası Messinin “Barselona”ya qayıtmaq istəyindən DANIŞDI

PSJ-nin argentinalı hücumçu Lionel Messinin atası Xorxe oğlunun İspaniyanın “Barselona” futbol klubuna qayıtmaq istəyindən danışıb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərini “Twitter” səhifəsində jurnalist Toni Xuanmarti yazıb.

“Messi “Barselona”ya qayıtmaq istəyir və mən onun qayıtmasını istərdim. Belə bir ssenari mümkündür”, - futbolçunun atası deyib.

Jurnalist onu da bildirib ki, Xorxe Messi və İspaniya klubunun prezidenti Joan Laporta Kataloniya təmsilçisi rəhbərinin evində görüş keçirib və argentinalı futbolçunun mümkün qayıdışını müzakirə ediblər.

Daha əvvəl Laporta bildirmişdi ki, klub Messini "Barselona"ya qaytarmaq üçün əlindən gələni edəcək. Onun sözlərinə görə, artıq gələn il üçün heyət üzərində iş gedir. O, komandanın güclənəcəyinə də ümid etdiyini bildirib.

İyunun 3-də PSJ 2022/2023 mövsümünün sonunda Messinin gedəcəyini açıqlayıb. Futbolçu üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal, İspaniyanın "Barselona" və Devid Bekhemə məxsus Amerikanın "İnter Mayami" klubları iddia edir.

Messi 2021-ci ildən PSJ-də oynayır. Onun parislilərlə müqaviləsi 2023-cü ilin iyun ayına kimi, bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub. Bundan əvvəl hücumçu karyerası boyu “Barselona”da çıxış edib. Kataloniyalıların tərkibində on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

# 1200
avatar

Oxşar yazılar