Bakıda kütləvi DAVA:  2 nəfər bıçaqlandı-YENİLƏNİB
13 noyabr 2026 16:45 (UTC +04:00)

Bakıda kütləvi DAVA: 2 nəfər bıçaqlandı-YENİLƏNİB

1

Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Lent.az xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

***

11:49

Bakıda kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsində, taxta bazarının yaxınlığında qeydə alınıb.

Dava zamanı 30 yaşlı Sərvan Məsimov və həmyaşıdı Raqif Rəhimov bıçaq, 28 yaşlı Ravin Xəlilov isə döyülərək xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 980

Oxşar yazılar