AVRO-2020 ilə bağlı  15 MARAQLI FAKT
11 iyun 2021 21:21 (UTC +04:00)

AVRO-2020 ilə bağlı 15 MARAQLI FAKT

Bu gün AVRO-2020 start götürəcək.

Apasport.az saytının məlumatına görə, 11 şəhər, o cümlədən Bakının qəbul edəcəyi yarış sayca 16-cı qitə çempionatıdır.

Yarış ərəfəsində 15 maraqlı fakt açıqlanıb. Həmin məqamları təqdim edirik:

1. AVRO-2020-nin oyunlarını qəbul edəcək şəhərlər arasında ən uzun məsafə Bakı və Sevilyanı ayırır – 4766 km. Təyyarə bu məsafəni təxminən 6 saata qət edir.

2. Finlandiya millisinin futbolçuları nə az, nə çox 16 müxtəlif ölkənin çempionatında çıxış edir.

3. Uels yığmasında öz ölkəsinin liqasından heç bir futbolçu yer almayıb. Əvəzində İngiltərədə oynayan Uels klublarının 6 üzvü AVRO-2020-də iştirak edəcək.

4. Ən az legioneri olan komandalar Rusiya və İtaliyadır. Onların cəmi 4 üzvü başqa ölkənin çempionatında oynayır.

5. Argentinadan olan Fernando Rapallini Avropa çempionatında ədaləti qoruyacaq ilk cənubi amerikalı hakimdir.

6. 11 futbolçu Avropadan kənarda oynayır. Onlardan yeddisi MLS, üçü Çin, biri Yaponiya çempionatını təmsil edir.

7. İsveçrə millisi qrup mərhələsində 13 min 115 km qət edəcək. Bakıdan Romaya və geri dönməli olacaq yığma indiyədək qatıldığı 4 qitə çempionatında ümumilikdə bunun yarısından az yol qət edib.

8. AVRO-2020-yə sifariş olunan 622 futbolçunun ümumi dəyəri 10,5 milyard avrodur.

9. Qoran Pandev 2001-ci ildə Şimali Makedoniya yığmasında debüt etdiyi vaxt hələ dünyaya gəlməyən 20 futbolçu AVRO-2020-də onun potensial rəqibi olacaq.

10. Kriştiano Ronaldo AVRO-2020-də yeganə oyunçudur ki, turnirin final matçında həm qələbəyə sevinib, həm məğlubiyyətlə üzləşib.

11. Şimali Makedoniya Avropa çempionatına qatılan ən az əhaliyə malik ölkədir – 2 milyondan artıq. 33 min əhalisi olan Cəbəllütariq seçmə mərhələni keçsəydi, mütləq rekord qeydə alınardı.

12. Avstriya millisi AVRO-2020-də yeganə komandadır ki, əvvəllər final mərhələsində oynasa da, qələbə qazanmayıb.

13. Yalnız iki ölkə AVRO-2020-yə iki hakim briqadası göndərib. Bunlar Niderland və Rumıniyadır.

14. AVRO-2020-də ən gənc kapitan şotlandiyalı Endryu Hendersondur. Onun 27 yaşı var.

15. AVRO-2020-nin 428 iştirakçısı ilk dəfə qitə çempionatının final mərhələsində oynaya bilər. Bu, bütün oyunçuların 68 faizidir.

# 3516
avatar

Oxşar yazılar

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02