Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə
27 iyul 2021 15:15 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə

Azərbaycan millisinin futbolçusu ərəb klubuna da lazım olmadı

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə klubsuz qalıb.

Apasport.az saytının məlumatına görə, BƏƏ-nin “Əl-Əyn” klubu müdafiəçidən imtina edib.

Asiya təmsilçisi Bəhlulun keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğvi ilə bağlı “Sabah” klubuna məktub ünvanlayıb. Bu, transfer reallaşdıqdan 18 gün sonra gerçəkləşib.

BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin “Sabah”la müqaviləsi də ləğv olunmuş hesab edilir. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib.

Hadisələrin belə axarından narazı olan “Sabah” FİFA-ya şikayət edəcək. Bakı təmsilçisi “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət etməyə hazırlaşır.

# 2769
avatar

Oxşar yazılar