Azərbaycan Premyer Liqası Avropanın 35-cisidir
23 yanvar 2022 05:20 (UTC +04:00)

Azərbaycan Premyer Liqası Avropanın 35-cisidir

Azərbaycan Premyer Liqasının Avropadakı mövqeyi müəyyənləşib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, IFFHS-in araşdırmasına əsasən, çempionatımız 2021-ci ildə qitənin 45 liqası arasında ən yaxşı 35-cidir.

Premyer Liqa aktivindəki 324 xalla əvvəlki illə müqayisədə irəliləyişə nail olub. Çempionatımız qitənin 10 çempionatını qabaqlaya bilib ki, onlar arasında keçmiş SSRİ ölkələri Litva, Latviya, Ermənistan, Gürcüstan və Belarus liqaları da var.

Ümumiyyətlə, 2021-ci ildə Avropanın ən yaxşı çempionatı İngiltərə Premyer Liqası (1204 xal) olub. Adalılar liderliyi İtaliya A seriyasından (1060,5) təhvil alıb. Reytinqdə üçüncü yeri 1028 xalla İspaniya La Liqası tutub. Fransa, Portuqaliya, Niderland, Almaniya, Xorvatiya, Serbiya və Çexiya liqaları ilk “10-luğ”un digər sakinləridir.

Türkiyə Super Liqası qitənin 12-ci çempionatıdır. Qardaş ölkə liqasının aktivində 660,5 xal var.

Qeyd edək ki, IFFHS-in sıralamasına görə, Azərbaycan Premyer Liqası dünyanın 80 milli çempionatı arasında 60-cıdır.

# 1164
avatar

Oxşar yazılar