"Barselona" azarkeşləri öz klublarının avtobusunu daşladılar
11 may 2026 10:03 (UTC +04:00)

"Barselona" azarkeşləri öz klublarının avtobusunu daşladılar

1

“Barselona” azarkeşləri “Real Madrid” ilə keçirilən El-Klasiko oyunu öncəsi gözlənilməz hadisəyə səbəb olublar.

Lent.az xəbər verir ki, azarkeşlər səhvən sevimli komandalarının futbolçularını daşıyan avtobusu “Real Madrid”in avtobusu hesab ediblər. Bundan sonra onlar avtobusa daş, şüşə və müxtəlif əşyalar atmağa başlayıblar.

Qısa müddət davam edən hücumdan sonra məlum olub ki, daşlanan avtobus rəqib komandaya deyil, məhz öz komandaları olan “Barselona”ya məxsusdur.

Daha sonra isə “Real Madrid”in avtobusunun da zərər gördüyü bildirilir.

Qeyd edək ki, qarşılaşma “Barselona” “Real Madrid”i 2:0 hesabla məğlub edərək vaxtından əvvəl İspaniya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 708

Oxşar yazılar