"Barselona" Busketsin yerinə  onu istəyir
02 iyun 2023 12:43 (UTC +04:00)

"Barselona" Busketsin yerinə onu istəyir

“Barselona”nın baş məşqçisi Xavi “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixin transfer edilə biləcəyi haqda danışıb.

Lent.az xəbər verir ki, o, Kimmixi super oyunçu adlandırıb:

“Kimmix oyunu fantastik şəkildə başa düşən super futbolçudur.

Bəli, bizə ən yüksək səviyyəli oyunçu olan Buskets üçün əvəzedici lazımdır. Çünki bütün mövsüm start heyətində oynamış, çempionluq və Superkuboku qazanmış “Barselona”nın əsl lideri olan oyunçu bizi tərk edib. Bu mövqedə yüksək səviyyəli oyunçuya ehtiyacımız var. Əks halda gələn il yarışmaq bizim üçün çətin olacaq.

Kimmixin transferinə inanıram. “Bayern” ilə danışıqlara başlamalıyıq”.

Coşua Kimmix

# 1122
avatar

Oxşar yazılar