31 yaşlı portuqaliyalı müdafiəçi Joao Kanselo tarixdə Avropanın beş əsas liqasından dördündə - İspaniya, İngiltərə, Almaniya və İtaliyada qalib gələn ilk oyunçu olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Barselona”nın müdafiəçisi mayın 11-i gecəsi komandasının evdə “Real”ı 2-0 hesabı ilə məğlub etməsindən sonra La Liqa çempionu olub.
Peşəkar karyerası ərzində Kanselo "Mançester Siti" ilə Premyer Liqada, "Yuventus" ilə Seriya A və "Bavariya" ilə Bundesliqa çempionatında qızıl medallar qazanıb.
O, həmçinin "Benfika" ilə Portuqaliya liqasının titulunu qazanıb.
Avropanın ən yaxşı 5 liqasının tam kolleksiyası üçün yalnız Fransa birinciliyinin kuboku çatışmır.