Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilir
12 avqust 2023 08:24 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında ikinci turun oyunları start götürəcək.

Lent.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.

Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.

İlk turdan sonra hərəyə 3 xalı olan bu iki kollektiv 4-5-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” – “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.

# 9501
avatar

Oxşar yazılar