Tomas Tuxel
01 iyun 2021 12:03 (UTC +04:00)

Tomas Tuxel

“Çelsi”dən Tomas Tuxellə bağlı YENİ QƏRAR

0

“Çelsi”nin baş məşqçisi Tomas Tuxellə müqavilə müddəti uzadılıb.

Apasport.az saytının məlumatına görə, komandanın Çempionlar Liqasının qalibi olması buna yol açıb.

Bu səbəbdən almaniyalı mütəxəssisin sözləşmə müddəti avtomatik olaraq 2024-cü ilin yayına qədər uzadılıb. Baş məşqçi artıq Londonda ev axtarışına başlayıb. Çünki ailəsini Parisdən Londona aparmaq qərarına gəlib.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının finalında “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2583

Oxşar yazılar