Dünya çempionatının rekordçusu baş məşqçi  oldu
11 iyun 2024 19:34 (UTC +04:00)

Dünya çempionatının rekordçusu baş məşqçi oldu

Almaniyanın “Nürnberq” komandası baş məşqçisi vəzifəsinə Miroslav Klozenin təyin olunduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, 46 yaşlı Kloze bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.

Almaniya millisinin tərkibində Miroslav Kloze dünya çempionatında qol sayına görə rekorda sahibdir - 16 qol.

“Nürnberq” qarşıdakı mövsümdə 2-ci Bundesliqada çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar