Fyuri Usiki TƏLXƏK adlandırdı: döyüşməkdən  imtina etdiyi   üçün 
30 may 2023 19:14 (UTC +04:00)

Fyuri Usiki TƏLXƏK adlandırdı: döyüşməkdən imtina etdiyi üçün 

Britaniyalı boksçu Tayson Fyuri təklif olunan şərtlərlə “qaraçı kralı” ilə döyüşməkdən imtina edən ukraynalı Aleksandr Usıkə qarşı növbəti hücumunu edib.

“Fakt budur ki, o, sadəcə qorxaqdır. O, 13 milyon funt sterlinqdən qaçdı və indi altı milyon dollar almaq istəyir", - Lent.az xarici mediaya istinadla bildirir ki, deyə Fyuri sosial şəbəkələrdə Usikin Daniel Dubois ilə döyüşə görə qonorarına toxunaraq deyib.

Əlavə edək ki, Usık və Fyuri komandaları aprelin 1-dək döyüş üçün müqavilə imzalamalı idilər, lakin bu baş verməyib.
 

# 1215
avatar

Oxşar yazılar