Sebastian Abreu, Uruqvay millisinin sabiq futbolçusu
11 iyul 2021 19:02 (UTC +04:00)

Sebastian Abreu, Uruqvay millisinin sabiq futbolçusu

Ginnesin Rekordlar Kitabına düşən futbolçu - 10 ölkə, 35 klub dəyişikliyi

 

1995-ci ildə peşəkar futbola başlayan Uruqvay millisinin sabiq futbolçusu Sebastian Abreu bu yaxınlarda karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, 26 il ərzində 31 fərqli klub forması geyinmiş hücumçu bununla Ginnesin Rekordlar Kitabına düşüb.

Yığmada keçirdiyi 70 oyunda 26 qol vuran, 2002 və 2010-cu ildə dünya çempionatında, 1997, 2007-ci illərdə Amerika kubokunun heyətində yer alan, həmçinin 2011-ci ildə Amerika kubokunu qazanan 44 yaşlı Abreu karyerası ərzində 11 ölkədə olub.

Üstəlik, bəzi klublarda bir yox, bir neçə dəfə get-gəl edib. Keçmiş forvard 35 dəfə komanda dəyişməklə diqqət çəkib. 

Onun oynadığı klublar və ölkələr bunlardır:
Uruqvay: “Defensor”, “Nasional”, “Espanyol”, “Boston River”, “Cənubi Amerika”
Argentina: “San Lorenzo”, “River Pleyt”, “Rozario”
İspaniya: “Deportivo”, “Real Sosyedad”
Braziliya: “Qremio”, “Botafoqo”, Fiqueyrense”, “Banqu”, Rio Branko”, Atletik Mineyro”
Meksika: “Tekos”, “Kruz Azul”, “Amerika”, “Dorados Sinaloa”, “Monterrey”, “San Luis”, “Tiqres”
İsrail: “Beytar Yerusalem”
Yunanıstan: “Aris”
Ekvador: “Okas”
Paraqvay: “Sol de Amerika”
Salvador: “Santa Tekia”
Çili: “Puerto Montt”, “Odaks İtalyano”, “Deportes”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar