İngiltərədə mövsümün ən yaxşı FUTBOLÇUSU
27 may 2023 15:50 (UTC +04:00)

İngiltərədə mövsümün ən yaxşı FUTBOLÇUSU

İngiltərə Premyer Liqası “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandı 2022/23 mövsümündə çempionatın ən yaxşı oyunçusu kimi tanıyıb.

Lent.az xəbər verir ki, Premyer Liqanın 20 komandasının kapitanları ilə yanaşı, futbol mütəxəssislərinin də qatıldığı səsvermədə hücumçu qalib olub.

Haaland komanda yoldaşı Kevin De Bruyne, “Tottenham”dan Harri Keyn, “Arsenal”dan Martin Odeqard və Bukayo Sak, “Mançester Yunayted”dən Markus Reşford və “Nyukasl”dan Kiran Trippieri qabaqlayıb.

Bu mövsüm Premyer Liqada debüt edən Haaland 35 matçda 36 qol vurub və 8 məhsuldar ötürmə edib.

Haaland keçən yay Almaniyanın “Borussiya Dortmund” klubundan İngiltərəyə keçmişdi. Transfermarkt-ın məlumatına görə, norveçli hücumçunun bazar dəyəri 170 milyon avrodur.

# 1959
avatar

Oxşar yazılar