İsmayıl Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, mütəxəssis ümumilikdə 4-cü dəfə klubun baş məşqçisi təyin edilib.
Bu barədə klubun televiziyası açıqlama yayıb.
Qeyd edək ki, İsmayıl Kartal köməkçi məşqçi kimi "Fənərbaxça" ilə 2 dəfə Super Liqa və 2 dəfə Türkiyə Kuboku qazanıb. Həmçinin baş məşqçi kimi isə 2014-cü ildə “Qalatasaray”ı 11 metrlik cərimə zərbələrində məğlub edərək Super Kuboku əldə edib.