Levandovski “Barselona”da?   - Üç illik müqavilə... 
18 may 2022 16:28 (UTC +04:00)

Levandovski “Barselona”da? - Üç illik müqavilə... 

Robert Levandovski "Barselona"ya keçməyə yaxındır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Nikolo Skiranın sözlərinə görə, Polşa və "Bavariya"nın hücumçusu 2025-ci il iyunun 31-də başa çatacaq şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

İndi iş klubların üzərinə düşür. Hazırda kataloniyalılar Almaniya çempionu ilə transfer danışıqları aparır.

Daha əvvəl bildirilirdi ki, "Bavariya" 33 yaşlı futbolçu üçün təxminən 40 milyon avro almaq istəyir, "Barselona" bunu çox yüksək qiymət hesab edir.

Xatırladaq ki, bu mövsüm Levandovski 46 oyun keçirib və 50 qol vurub.

# 1848
avatar

Oxşar yazılar