“Mançester Yunayted” onun üçün iki nəhənglə  rəqabətə girdi: amma satmaq istəmirlər
06 iyun 2026 17:28 (UTC +04:00)

“Mançester Yunayted” onun üçün iki nəhənglə rəqabətə girdi: amma satmaq istəmirlər

0

“Mançester Yunayted” “Nyukastl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək niyyətindədir və italiyalı futbolçu üçün 80-90 milyon avro ödəməyə hazırdır.

Lent.az xəbər verir ki, “Nyukasl” Tonali üçün ən azı 110 milyon avro tələb edəcək. Bununla yanaşı, klub 26 yaşlı futbolçunu satmaq niyyətində deyil.

Sandro Tonalinin xidmətində yalnız "Mançester Yunayted" maraqlı deyil. “Arsenal” və “Mançester Siti” də yarımmüdafiəçini heyətinə qatmaq istəyən klublar sırasındadır.

Tonali ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb. O, bu oyunlarda 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Nyukasl"la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Sandro Tonalinin bazar dəyəri hazırda 80 milyon avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar