Məşhur futbolçunun evi qarət olndu
24 yanvar 2022 09:17 (UTC +04:00)

Məşhur futbolçunun evi qarət olndu

“Real”ın futbolçusu Kərim Benzema xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçunun evi qarət olunub.

Forvard “Real”ın “Elçe” ilə oynadığı vaxt oğrular onun evinə giriblər. Cinayətkarlar evin bağından içəri daxil olublar. Hadisə zamanı orada heç kim olmayıb. Oğruların evdən nə apardığı açıqlanmır.

Qeyd edək ki, “Elçe” ilə 2:2 hesabı ilə başa çatan matçda penaltini qaçıran Kərim 58-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.

# 1413
avatar

Oxşar yazılar