Messinin təyyarəsində bomba təhlükəsi-FOTO
15 iyul 2021 11:15 (UTC +04:00)

Messinin təyyarəsində bomba təhlükəsi-FOTO

Kopa Amerika çempionatından sonra İspaniyaya qayıtmağa hazırlaşan argentinalı ulduz Lionel Messi və ailəsi, hava limanında qorxu dolu anlar yaşayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Messi  xüsusi təyyarəsi ilə yola çıxmağa hazırlaşarkən bir nəfər hava limanına bomba ilə dolu olan bir çanta qoyduğunu söyləyib. Daha sonra bütün uçuşlar təhlükəsizlik səbəbi ilə ləğv olunub. Hava limanı tamamilə boşaldılıb.

Qısa müddətdən sonra isə xəbərin yalan olduğu ortaya çıxıb.

# 1992
avatar

Oxşar yazılar