Mourinyonun "Real"a gəlişi təxirə salındı
23 may 2026 20:00 (UTC +04:00)

Mourinyonun "Real"a gəlişi təxirə salındı

0

Joze Mourinyonun “Real Madrid”in baş məşqçisi vəzifəsinə təyinatı klubda keçiriləcək prezident seçkilərinin nəticələri açıqlanana qədər təxirə salınıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ispaniyalı iş adamı Enrike Rikelmenin “Kral klubu”nun prezidenti postuna namizəd olmaq niyyəti ilə bağlı açıqlaması bütün idman planlarını, o cümlədən Mourinyonun qayıdışını dayandırıb. Seçkilər iyunun 7-də keçiriləcək.

Məlumata görə, Rikelmenin rəsmi namizəd statusu qazanması üçün sənədlər təqdim etməsi lazımdır. Bunun üçün son tarix isə mayın 23-ü, bu gündür.

Bununla belə, məlumatda hazırkı prezident Florentino Perezin seçkilərdə qalib gələcəyinin və bundan sonra Mourinyonun yenidən komandaya dəvət olunacağının ehtimal edildiyi vurğulanır.

Əvvəlcə “Real Madrid”də portuqaliyalı mütəxəssisin təqdimatının bazar günü (24 may) və ya bazar ertəsi (25 may) keçirilməsi planlaşdırılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar