"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.
Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.