Olimpiya yığmamızdan  REKORD
19 yanvar 2022 19:39 (UTC +04:00)

Olimpiya yığmamızdan REKORD

Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan yığması rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, millimiz Qış Olimpiadaları tarixində özünün ən gənc heyətinə malikdir.

Komandamız Çinin paytaxtında orta hesabla 20 yaşa malik olacaq. Fiqurlu konkisürənlərimizdən Vladimir Litvintsevin 21, Yekaterina Ryabovanın 19 yaşı var.

İndiyədək millinin ən gənc heyəti Naqano-1998-də olub. Həmin vaxt olimpiyaçılarımızın orta yaşı 23-ə bərabər idi.

Bu rəqəm Solt-Leyk-Siti-2002-də 24, Pxençxon-2018-də 26, Soçi-2014-də 27,75, Turin-2006-da 28, Vankuver-2010-da 34 olub.

Ryabova Qış Olimpiadaları tarixində ikinci ən gənc idmançımızdır. O, martda 19 yaşını qeyd edəcək.

Mütləq rekordçu da xanım fiqurlu konkisürəndir. Naqano-1998-də cütlərin yarışında buz üzərinə çıxan İnqa Rodionova yarışdan az sonra – martda 18 yaşını bayram edib.

Vladimir isə rekord vuracaq. Litvintsev Qış Olimpiadalar tarixində ən gənc kişi idmançıdır. O, Elbrius İsakovu gün fərqi ilə qabaqlayır.

Litvintsev 21 yaşını fevralın 18-də Olimpiadanın gedişində qeyd edəcək. Vladimir bundan 10 gün öncə - 20 yaş 355 günlüyündə bu üstünə çıxacaq.

Dağ xizəkçimiz Solt-Leyk-Siti-2002 bitəndən az sonra – martın 1-də 21-ə çatıb. O, fevralın 23-də 21 yaşına 6 gün qalmış – yəni 20 yaş 360 günlüyündə slalomda qüvvəsini sınayıb.
 

# 1350
avatar

Oxşar yazılar