PSJ Çempionlar Liqasının qalibi oldu
30 may 2026 23:03 (UTC +04:00)

PSJ Çempionlar Liqasının qalibi oldu

0

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Lent.az xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələn Paris təmsilçisi penaltilər seriyasında qələbə qazanaraq tarixində növbəti Avropa zəfərinə imza atıb.

Oyunda hesabı 5-ci dəqiqədə “Arsenal”ın futbolçusu Kai Haverts açıb. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.

PSJ futbolçuları rəqibini 4:3 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar