PSJ İkardinin  qiymətini   təyin etdi
09 iyun 2023 17:52 (UTC +04:00)

PSJ İkardinin qiymətini təyin etdi

"Qalatasaray"ın çempionluğunda böyük pay sahibi olan Mauro İkardinin növbəti mövsümdə hansı komandada çıxış edəcəyi məlum olmasa da, yeni iddia ortaya çıxıb.

Lent.az bildirir ki, “Calcio Mercato”daki xəbərə görə; Fransa nəhəngi PSJ-nin argentinalı ulduzun transfer qiymətini müəyyən edib.

Xəbərə görə, PSJ-nin 30 yaşlı futbolçunu 10 milyon avroluq təkliflə buraxa biləcəyi bildirilib.

Futbolçunun almaq istəyən "Qalatasaray" danışıqlarını davam etdirərkən, İtalyan nəhəngi "Roma"nın hələ də ulduz üçün masada olduğu yazılıb. “Roma” daha əvvəl İkardi üçün 8 milyon avro təklif etmişdi.


 

# 5313
avatar

Oxşar yazılar