PSJ-nin qələbəsindən sonra Paris "dağılır"  - yüzlərlə şəxs həbs edildi -YENİLƏNİB
31 may 2026 15:42 (UTC +04:00)

PSJ-nin qələbəsindən sonra Paris "dağılır" - yüzlərlə şəxs həbs edildi -YENİLƏNİB

0

PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.

Sky News-un məlumatına görə, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.

Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.

Qeyd edək ki, PSG finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

 

***

10:02

 

UEFA Çempionlar Liqasının finalında PSG-nin “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransanın müxtəlif şəhərlərində kütləvi iğtişaşlar baş verib.

Sky News-un məlumatına görə, hadisələr zamanı yüzlərlə şəxs polis tərəfindən saxlanılıb.

Məlumata əsasən, xüsusilə Parisdə minlərlə azarkeş küçələrə axışıb, bəzi yerlərdə avtomobillər yandırılıb, mağazalara ziyan vurulub və polisə qarşı qarşıdurmalar yaşanıb. Hüquq-mühafizə orqanları asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan istifadə edib və geniş təhlükəsizlik əməliyyatı həyata keçirib.

 

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərin bir hissəsi vandalizm, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Hadisələr zamanı bir neçə polis əməkdaşının və mülki şəxsin xəsarət aldığı bildirilir.

Rəsmilər vəziyyətin nəzarət altına alındığını açıqlasalar da, bəzi bölgələrdə gecə boyu gərginliyin davam etdiyi qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 876

Oxşar yazılar