İspaniya vitse-çempionu "Real" Florentino Peres yenidən seçiləcəyi təqdirdə klub tarixində ən bahalı transferi həyata keçirmək niyyətindədir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Kral klubu" Fransa çempionu PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Neveş üçün 150 milyon avro ödəməyə hazırdır.
Ötən mövsüm 21 yaşlı futbolçu PSJ-də 38 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.