“Real”da Mbappe QALMAQALI:  "Baş məşqçi mənəm, özüm qərar verirəm"
15 may 2026 14:53 (UTC +04:00)

“Real”da Mbappe QALMAQALI: "Baş məşqçi mənəm, özüm qərar verirəm"

1

“Real”ın baş məşqçisi Alvaro Arbeloa hücumçu Kilian Mbappenin daha əvvəl verdiyi açıqlamanı təkzib edib.

Lent.az xəbər verir ki, Mbappe məşqçinin onu komandanın dördüncü hücumçusu adlandırdığını söyləyib.

Arbeloa hücumçunun iddialarına belə cavab verib:

“Mənim sadəcə dörd hücumçum yoxdur. Heç vaxt Mbappeyə belə bir söz deməmişəm. Ola bilsin ki, o, məni düzgün başa düşməyib. Baş məşqçi mənəm və kimin oynayacağına, kimin oynamayacağına özüm qərar verirəm. Dörd gün əvvəl oyunun iştirak ərizəsində olmayan futbolçu bu gün start heyətində meydana çıxmamalı idi”.

Qeyd edək ki, mayın 5-də Mbappenin komandanın məşqçilər korpusunun üzvlərindən biri ilə münaqişə yaşadığı barədə məlumat yayılıb. KİV-in məlumatına görə, insident aprelin 24-də keçirilən “Real Betis”-“Real” oyunundan (1:1) əvvəl baş verib. Mbappe məşq oyununda ona “ofsayd” qeydə alan əməkdaşa qarşı qəzəbli və təhqiredici ifadələr işlədib.

Bundan əlavə, Mbappenin klub rəhbərliyindən Vinisius Juniorun satılmasını tələb etdiyi də iddia olunub. Futbolçunun anası Fayza Lamari də oxşar xahişlə “Real” prezidenti Florentino Perezə müraciət edib.

Məlumata əsasən, Vinisius komandada qalacağı halda Mbappe klubdan ayrılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 170

Oxşar yazılar