Kriştano Ronaldo Səudiyyə Ərəbistanı çempionu olmaq şansını itirib.
Lent.az saytı xəbər verir ki, portuqaliyalı futbolçunun çıxış etdiyi “Əl-Nəsr” sona bir tur qalmış liderdən 5 xal geri qalıb.
Çempionatın 29-cu turunda “Əl-Nəsr” səfərdə xal itkisi ilə üzləşib. “Əl-İttifaq”ın qonağı olan Ronaldonun komandası bir xalla kifayətlənib. Kriştiano 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.
Lider “Əl-İttihad” səfərdə böyükhesablı qələbə qazanaraq (3:0), çempionluğu rəsmiləşdirib.
Qeyd edək ki, qalmaqallı şəkildə “Mançester Yunayted”i tərk edən Ronaldo növbəti dəfə mövsümü titulsuz bitirib.
29-cu tur
“Əl-İttifaq” - “Əl-Nəsr” – 1:1
“Əl-Feyha” - “Əl-İttihad” – 0:3
Ronaldo çempionluq şansını İTİRDİ

Oxşar yazılar

“Sabah”ın baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq
1 oktyabr 2023 , 23:02
Tamblinq yığmamız Parisdə keçirilən turnirdə qızıl medal qazandı
1 oktyabr 2023 , 22:16
"Mançester Yunayted"dən Premyer Liqa tarixinin ən pis startı
1 oktyabr 2023 , 17:00
PSJ prezidentindən "Barselona" və "Real”a ÇAĞIRIŞ
1 oktyabr 2023 , 14:48
Messi oyuna buraxılmadı
1 oktyabr 2023 , 03:11
“Mançester Siti” və “Liverpul” uduzdu
1 oktyabr 2023 , 00:50
Futbolçu biznesindən danışdı
30 sentyabr 2023 , 22:00