"Sevilya" 7-ci dəfə qalib oldu
01 iyun 2023 02:07 (UTC +04:00)

"Sevilya" 7-ci dəfə qalib oldu

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Lent.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma”qarşılaşıb.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb.

Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Futbol “lotoreyası”nda daha dəqiq oynaya ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Bununla da "Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub.

# 1197
avatar

Oxşar yazılar