Usikin promouterindən Tayson Fyuriyə  ULTİMATUM
07 iyun 2023 18:33 (UTC +04:00)

Usikin promouterindən Tayson Fyuriyə ULTİMATUM

Ukraynalı boksçu Aleksandr Usıkın promouteri Aleksandr Krasyuk britaniyalı Tayson Fyuri ilə danışıqlardan danışıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, rəqiblər 2023-cü ilin sonunda Səudiyyə Ərəbistanında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizə apara bilərlər.

“Tezliklə Fyurinin komandası rəsmi təklif alacaq. Və bu, Taysonun qərarı olacaq - qəbul edin və ya rədd edin. Döyüşün baş tutması üçün əlimizdən gələni etdik. Bunu ultimatum hesab edin”, - Krasyuk deyib.

Son döyüşdə Aleksandr Usik britaniyalı Entoni Coşuanı hakimlərin qərarı ilə məğlub edib. Ümumilikdə 20 döyüş keçirib və 20 qələbə qazanıb.


 

# 1497
avatar

Oxşar yazılar