“Gənclik” yaxınlığında tikilən yeraltı tunel kompleksi 2013-də istifadəyə veriləcək
Bu barədə “APA-ECONOMICS”ə kompleksin inşasını həyata keçirən “Akkord İnşaat-Sənaye” ASC-dən məlumat verilib.
Hazırda Qələbə meydanında tikintisi davam etdirilən bu tunel kompleksinə 5-7 tunelin inşası daxildir: “Eyni zamanda, tunel kompleksinin tikintisi ilə əlaqədar “Genclik” metro stansiyasının çıxışları bir qədər dəyişdiriləcək. Bundan başqa, Qələbə meydanında 3 mərtəbəli yeraltı avtomobil dayanacağı və iki yeraltı keçid də inşa olunacaq”.
Qeyd edək ki, sözügedən tunel kompleksi müxtəlif istiqamətlər üzrə inşa olunacaq. Belə ki, tunel kompleksi Atatürk və Vaqif prospektləri, həmçinin Təbriz və Atatürk prospektlərini Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirəcək. Bundan başqa, Təbriz prospekti ilə hərəkət edən avtomobillər “Gənclik” dairəsinə girmədən Dərnəgül şossesinə çıxa biləcək. Alternativ yollarla Fətəli xan Xoyski prospektinə də çıxış təmin olunacaq. Vaqif prospekti ilə hərəkət edən avtomobillər Fətəli xan Xoyski prospekti ilə hərəkəti davam etdirərək avtodayanacağı keçəcək və Atatürk prospektinə çıxa biləcək. Həmçinin, Həsən Əliyev prospekti boyunca tunel keçəcək.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39