“Azərtoxum”un dizaynerləri İspaniyada mükafat aldı
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, noyabrın 3-dən 5-dək İspaniyanın Barselonada Dünya Memarlıq Festivalı keçirilib. Festival çərçivəsində keçirilən müsabiqənin “Ən yaxşı istehsalat, enerji və təkrar emalı binası” kateqoriyasında Yevlax rayonunda yerləşən “Azərtoxum” MMC-nin inzibati-təsərrüfat kompleksi qalib gəlib. Kompleksin layihəsinin dizaynını tərtib etmiş Türkiyənin TOCA şirkəti mükafat ilə təltif olunub. Memarlığın müasir nailiyyətlərindin biri olan bu layihə dünyanın ən tanınmış memarları və bu sahənin məşhur mütəxəssisləri tərəfindən 61 ölkəni təmsil edən 500-dən artıq iştirakçı arasından seçilib.
Xatırladaq ki, “Azərtoxum” MMC Yevlax rayonunda 7 hektarlıq ərazidə yerləşir. Kompleksin rəsmi açılış mərasimi bu yaxınlarda, oktyabrın 14-də prezident İlham Əliyev iştirakı ilə keçirilib. Saatda 100 ton taxıl və 9 ton toxum təmizləmək və saatda 36 ton taxıl qurutmaq gücünə, habelə taxıl saxlama gücü 15,000 ton, toxum saxlama gücü isə 10,000 tona malik olan müəssisə daimi olaraq 160 nəfər işçini işlə təmin edir.
“Azərtoxum” MMC-nin təsisçiləri Türkiyə və Azərbaycanın özəl sektorundan olan sahibkarlar və Azərbaycan İnvestisiya Şirkətidir.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39